İctimai fəalın inzibati həbs müddəti 10 gün azaldılıb


Bu gün Bakı Apellyasiya Məhkəməsi (BAM) ictimai fəal Emin Axundovun inzibati həbsindən verdiyi şikayəti qismən təmin edib.
Yeniavaz.com
“Turan”a istinadən xəbər verir ki, bu barədə onun atası Xalid Axundov bildirib.
Qeyd olunub ki, apellyasiya instansiyası həbs müddətini 30 gündən 20 günə qədər azaldıb.
Xatırladaq ki, gənc oktyabrın 14-də Binəqədi rayon 5-ci polis bölməsinə çağırılıb və orada saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələblərinə tabe olmama) və 510-cu (kiçik xuliqanlıq) maddələri ilə protokol tərtib olunub və məhkəmənnin qərarı ilə fəal 30 gün müddətinə həbs olunub.
X.Axundov oğluna qarşı irəli sürülən ittihamları təkzib edib və onun sosial şəbəkələrdəki yazılarına görə saxlanıldığını qeyd edb.

DİGƏR XƏBƏRLƏR

Top