Məhkəmə İmran Xanın tələbini rədd etdi


İslamabad Ali Məhkəməsi Xanın girov müqabilində azadlığa buraxılması ilə bağlı tələbini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pakistanın “The Express Tribune” qəzeti yazıb. Qəzetin məlumatına görə, Xan öz ərizəsində dövlət sirlərini açıqlamaqda təqsirli olmadığını bildirib və iddia edib ki, o, baş nazir vəzifəsində işləyərkən toxunulmazlıqdan istifadə edib və buna görə də, o, hərəkətlərinə görə təqibə məruz qalmayıb.
İmran Xandan başqa, dövlət sirri haqqında qanunu pozmaq barədə ittiham keçmiş baş nazir kimi həbsdə olan keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə qarşı də qaldırılıb.
Vəkillərin sözlərinə görə, dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri 14 ilə qədər həbs, hətta ölüm cəzası gözləyir.
Pakistan Federal Təhqiqat Agentliyinə görə, Xan və Qureşi 1923-cü il Dövlət Sirləri Aktını Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə etməklə və məxfi sənədin məzmununu dövlətin maraqlarına zərər vurmaqla şəxsi mənfəət üçün icazəsiz şəxslərə açıqlamaqla pozublar.
İstintaq Xanın 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq elan etməsindən sonra başlayıb və oktyabrın 23-də Pakistan Nazirlər Kabinetinin keçmiş rəhbərinə dövlət sirri haqqında qanunu pozmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top