
İranın planlaşdırdığı “İqtidar 1402” təlimində ən azı 200 hərbi helikopter iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA agentliyi briqada generalı Kərim Çeşaka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təlimlərdə İslam Respublikasının piyada, zirehli, raket və artilleriya qüvvələri də iştirak edəcək. Manevrlərə elektron müharibə və kibertəhlükəsizlik bölmələri də cəlb olunacaq. “İqtidar 1402” təlimi bu gün başlayacaq və iki gün davam edəcək.
“Tasnim” agentliyinin məlumatına görə təlimlər ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək.