Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşünü şəhr edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Qaribaşvili həmkarları görüşdə hər üç ölkənin marağına cavab verən irimiqyaslı regional layihələri müzakirə etdiyini bildirib:
“Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qonaq etmək imkanına görə çox şadam. Belə ki, biz birlikdə Cənubi Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ortaq marağına cavab verən irimiqyaslı regional layihələr barəsində danışa bildik. Biz BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin xeyrinə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”.
***27.10.2023 12:05
Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov arasında görüş keçirilib.
Yeniavaz.com Gürcüstanın “İmedi” telekanalına istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telekanalın məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatları açıqlanmayıb.