Məişət zorakılığının qurbanı olan qadınlar – Azərbaycan regionda “liderdir”


ABŞ-ın məşhur Corctaun Universitetinin hazırladığı “Qadın Sülh və Təhlükəsizlik İndeksi”nə (“Women Peace and Security Index”) görə Azərbaycan məişət zorakılığı nəticəsində öldürülən qadınların sayına görə dünyada 34-cü sırada yer alır.
Yeniavaz.com
xəbər verir ki, “Qadın Sülh və Təhlükəsizlik İndeksi”nə görə Azərbaycanda hər 100 000 nəfərə düşən qadın ölümləri 1,56-ya bərabərdir.
Buna əsasən Azərbaycanın göstəricisi 0,63 olaraq (0-1 arasında) qiymətləndirilib.
Azərbaycan məişət zorakılığı nəticəsində öldürülən qadınların sayına görə Burkina Faso, Misir, Komor adaları, Myammar və Livan ilə eyni göstəricilərə sahibdir.
Ən pis nəticə Əfqanıstanda qeydə alınıb.
Əfqanıstanın “Qadın Sülh və Təhlükəsizlik İndeksi”ndəki göstəricisi 0,28 olub.

“Qadın Sülh və Təhlükəsizlik İndeksi”nə görə qadın ölümlərinin ən çox olduğu 10 ölkə aşağıdakılar olub:
Əfqanıstan – 0,28
Suriya – 0,38
Yəmən – 0,39
Pakistan – 0,48
İraq – 0,52
Cənubi Sudan – 0,54
Çad – 0,55
Konqo Demokratik Respublikası – 0,55
Sudan – 0,56
Sierra Leone – 0,56

Qadın Sülh və Təhlükəsizlik İndeksinə görə qadın ölümlərinin ən az olduğu 10 ölkə isə aşağıdakılar olub:
Norveç – 0,92
Finlandiya – 0,91
İslandiya – 0,91
Danimarka – 0,9
Luksemburq – 0,9
İsveçrə - 0,9
İsveç – 0,9
Avstriya – 0,89
Böyük Britaniya – 0,89
Niderland – 0,89

Keçmiş SSRİ və region ölkələrində isə qadın ölümlərinin vəziyyəti aşağıdakı kimi olub:
34. Azərbaycan – 0,63
46. İran – 0,65
64. Türkiyə - 0,69
72. Qırğızıstan – 0,71
82. Ermənistan – 0,73
83. Tacikistan – 0,73
95. Özbəkistan – 0,74
103. Ukrayna – 0,75
105. Moldova – 0,75
109. Türkmənistan – 0,76
110. Qazaxıstan – 0,76
116. Rusiya – 0,77
129. Gürcüstan – 0,81
131. Belarus – 0,81
139. Litva – 0,83
146. Latviya – 0,86
149. Estoniya – 0,86
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərdə qeyd olunur ki, ötən il Azərbaycanda məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində ümumilikdə 1 439 cinayət hadisəsi qeydə alınıb. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 62-si ölümlə nəticələnib.

Elnu  Əli

DİGƏR XƏBƏRLƏR

Top