
İsrail rəhbərliyi ABŞ-dan kifayət qədər raketdən müdafiə sistemi aldıqdan sonra Qəzza zolağında quru əməliyyatına başlamağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, İsrailin hərbi və siyasi rəhbərliyi Qəzzada quru əməliyyatı planlaşdırarkən “Hizbullah” hərəkatının və İranın cavab addımlarından da qorxur.
Qəzetin bildirdiyinə görə, İsrail ordusu Qəzzada əməliyyatlara başlayarkən “Hizbullah”ı müdaxilədən çəkindirmək üçün ABŞ-dan daha çox raketdən müdafiə sistemləri almağı gözləyir.
Qızetin digər mənbələri isə qeyd edirlər ki, əməliyyat başlamazdan əvvəl İsrail rəhbərliyi HƏMAS yaraqlılarının İsrail əsgərlərinə qarşı partizan müharibəsinin qarşısını almaq üçün Qəzza zolağına bütün silah qaçaqmalçılığı kanallarını maksimum dərəcədə kəsmək istəyir.
Qəzetin yazdığına görə, adının açıqlanmasını istəməyən İsrailin yüksək rütbəli generalları ordunun mümkün qədər çox girovu xilas etməyə çalışmaq üçün əməliyyat zamanı riskə getməyə hazır olduğunu, lakin hərbi rəhbərlik əməliyyatın yüksək dərəcədə mürəkkəbliyindən xəbərdar olduğunu bildirib.