
Qusarda zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu gün saat 08:50-də Qusar stansiyasından 12 km cənubda Qusar rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3, dərinliyi isə 7 kilometr olub.