Ən azı 24 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Oktyabrın 26-na olan məlumata görə, hər iki tərəfdən 7 mindən çox ölənlərin siyahısına azı 24 jurnalist qoşulub”, - hesabatda qeyd edilib.
Komitə bildirib ki, 24 jurnalistdən 20-si fələstinli, 3-ü israilli, 1-i livanlıdır. 8 media işçisi yaralanıb, daha 3 nəfər itkin düşüb.
Komitə qeyd edib ki, Qəzza zolağındakı jurnalistlər münaqişə barədə reportaj hazırlayarkən xüsusilə yüksək risklərlə üzləşirlər.