
“Oktyabrın 25-də Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya rəhbərliyi, diplomatları, sülhməramlıların - hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər - ünvanına “odioz” nəşrlərin yayımladıqları erməni diplomatın diqqətinə çatdırılıb. Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi bildirilib”, - diplomat qeyd edib.