
“Rusiya İrəvanda siyasi iradə olarsa, üçtərəfli sammitə daxil olmaq perspektivi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul etməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində İrəvanın Qərb vasitəçiliyinə güvənməsinin yanlışlığı və 2020-2022-ci illər ərzində əldə edilmiş ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin icrasını dayandırmaq cəhdləri getdikcə daha aydın görünür”, - Zaxarova bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz