MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2024-cü ilin mayında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Bişkekdə Birlik Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Növbəti iclas 2024-cü ilin mayında, 23 və ya 24-də Aşqabadda keçiriləcək”, - Japarov bildirib.