
“Mənə qarşı qaldırılmış məhkəmə icraatına xitam verilməsi ədalətin qələbəsidir”.
Yeniavaz.com FİFA-nın Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu sözləri FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlama verərkən deyib.
“Bu, mənim üçün və FİFA üçün ədalətin tam qələbəsidir. İndi məlum olur ki, mənə qarşı irəli sürülən ittihamlar sadəcə olaraq, yazıq, paxıl və korrupsionerlərin mənim reputasiyama xələl gətirmək cəhdləridir. Əgər bu insanların ləyaqəti qalıbsa, onlar üzr istəməlidirlər. Həqiqətən də, istintaq təsdiq edir ki, mən həmişə qanuni hərəkət etmişəm, FİFA və futbolun müstəsna maraqlarını müdafiə etmişəm”, – FİFA prezidenti deyib.
Tətbiqimizi yükləyə bilərsiniz