
İsrail hərbçiləri Livanın cənubundakı əraziləri növbəti dəfə fosforlu bombalarla bombalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın “Əl-Mənar” telekanalı məlumat yayıb.
Məlumata görə, Eyta əş-Şaab qəsəbəsinin ərazisi atəşə tutulub. Ölənlər və yaralananlar barədə məlumat verilmir.
“Əl-Mənar” əlavə edib ki, Eyta əş-Şaab qəsəbəsinin qərbindəki ərazilər də İsrailin hücumuna məruz qalıb: “İsrail tərəfinin atəşə tutulması nəticəsində Alma əş-Şaab və Əl-Nakura şəhərləri yaxınlığındakı meşədə yanğınlar başlayıb”.