Ərdoğan Papa ilə danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın Prezidenti Papa Fransisklə telefonla danışıb.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İsrail və Fələstin arasında davam edən münaqişə, həmçinin, bölgədəki gərginlik müzakirə edilib.
Ərdoğan qarşıdurmaların baş verdiyi bölgədə dini abidələrə də ciddi zərər dəydiyini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top