Mahmud Abbas Rusiyaya gedəcək


Fələstin lideri Mahmud Abbas yaxın vaxtlarda Moskvaya səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov İmperator Pravoslav Fələstin Cəmiyyətində çıxışı zamanı deyib.
“Deyə bilərəm ki, Mahmud Abbas tezliklə Moskvaya rəsmi səfər edəcək, Vladimir Putinlə danışıqlar aparılacaq”, - nazir müavini deyib.

DİGƏR XƏBƏRLƏR

Top