Qəzzada saxlanılan girovların sayı 224-ə çatdı


Qəzza zolağında saxlanılan girovların sayı, son yenilənmiş məlumatlara görə, azı 224 nəfərdir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Daniel Haqari məlumat verib.
Səhər brifinqində o, yaxınlarının Fələstin anklavında saxlanması ilə bağlı 224 ailəyə məlumat verildiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu 222 girov barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top