
Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə Beynəlxalq İpək Yolu Forumunu açılış mərasimində bildirib.
“Hökumətimin “Dinc Qonşuluq Təşəbbüsü”nün köməyi ilə biz qonşularımız və dostlarımızla - Ermənistan və Azərbaycanla, nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq. Dayanıqlı sülhün bizim ölkələrimizə, bütün regiona faydaları olacaq və xalqlarımıza layiq olduğu sülhü gətirəcək”, - Qaribaşvili deyib.