
HƏMAS tərəfindən əsir götürülən israillilər İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdiriləcək.
Yeniavaz.com xəbər verir ki, bunu Livanın “Əl Manar ” telekanalına şərhində hərəkatın Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri bildirib.
“Saxladığımız xarici vətəndaşlar qonaqdır. İsrailli əsirlərə gəlincə, onlar məhbus qardaşlarımızla mübadilə ediləcək”, - əl-Aruri deyib.
Qeyd edək ki, keçən həftə HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal da hərəkatın İsrailin cənubunda əsir götürülmüş girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətində olduğunu bildirmişdi.
İsrail Müdafiə Qüvvələri (İDF) isə bu günə qədər HƏMAS-ın 222 nəfəri girov saxladığını bəyan etmişdi.