“Rusiya hərbi bazalarının Ermənistanda olmasında üstünlük görmürük”


“Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasında üstünlük görmürük”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.
Baş nazir bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır:
“Çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi. Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi zərurəti ilə bağlı qərar qəbul etməyə vadar edib”.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb..

DİGƏR XƏBƏRLƏR

Top