İsrail XİN Ərdoğanın açıqlamalarını pislədi


“İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı ilə qəti şəkildə razılaşmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İsrail Türkiyə Prezidentinin HƏMAS terrorçuları ilə bağlı bəyanatlarını qəzəblə rədd edir. HƏMAS körpələri, uşaqları, qadınları və qocaları vəhşicəsinə və qəsdən öldürən, dinc sakinləri girov götürən və insanları canlı qalxan kimi istifadə edən, İŞİD-dən daha betər iyrənc terror təşkilatıdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, çərşənbə günü Türkiyə parlamentində çıxış edən Ərdoğan İsrail və Qərb rəsmilərinin HƏMAS-ın terror təşkilatı olması ilə bağlı bəyanatlarını tənqid edib və ölkəsinin HƏMAS-ı öz torpaqlarını qorumaq üçün mübarizə aparan azadlıq qrupu hesab etdiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top