Ermənistanın Sünik (Zəngəzur - red.) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı deyib.
“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, - nazir bildirib.
Mirzoyan konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib:
“Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir. Bu gün müxtəlif ölkələrin Sünikdə diplomatik nümayəndəliklərin açılmasında marağı var. Belə ki, İran artıq öz nümayəndəliyini açıb, Fransa da analoji istəyinin olduğunu açıqlayıb. Oxşar dialoqun davam etdiyi başqa ölkələr də var. Amma yekun razılaşma olmadığı üçün onların adını çəkə bilmərəm”.