““3+3” formatını regional problemlərin müzakirəsi üçün əlverişli platformadır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentdəki çıxışında bildirib.
““3+3” platforması regionun digər ölkələri ilə ünsiyyət qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır”.
Xatırladaq ki, görüş oktyabrın 23-ü Tehranda keçirilib. Danışıqlar Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə baş tutub. Gürcüstan formata qoşulmaqdan imtina edib.