Qəzzada ölənlərin sayı 6,5 mini keçdi


Oktyabrın 7-də Yaxın Şərqdə eskalasiya başlayandan İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 6,5 mini keçib, 17,4 mindən çox yaralı var.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Facebook” səhifəsində məlumat yayıb.
“İsrailin oktyabrın 7-dən Qəzza zolağına təcavüzü nəticəsində həlak olanların sayı 6546 nəfərə çatıb ki, onlardan 2704-ü uşaq, 1584-ü qadın və 364-ü qocadır. Bundan əlavə, 17439 vətəndaş müxtəlif dərəcəli xəsarətlər alıb", - deyə rəsmi məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, bu həftə ölən və yaralananların 65%-i İsrailin təhlükəsiz yer olduğunu iddia etdiyi anklavın cənub hissəsində olub.

DİGƏR XƏBƏRLƏR

Top