
Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasında islahatlar aparılmalı və daha əhatəli olmalıdır.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
“Çağırışımızı təkrar edirəm: BMT-də islahatlar aparılmalıdır. Dünyanın təhlükəsizliyini 5 dövlətin maraqlarına həvalə edən struktur davamlı ola bilməz. Minlərlə insanın kütləvi şəkildə qətlə yetirilməsi haqda danışmağa belə dözə bilməyən bir sistemi dəstəkləmək mümkün deyil. BMT-nin yaşadığı bu acizlik imici bizi kədərləndirir”, - deyə o, vurğulayıb.