Fransa Prezidenti Emmanuel Makron Misir lideri Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Məlumata görə, iki liderin görüşü çərşənbə günü Qahirədə baş tutacaq.
Qeyd edək ki, oktyabrın 24-də Fransa dövlət başçısı İsrail Prezidenti İsaak Hersoq, Baş nazir Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla görüşüb. Bundan sonra Makron Kral II Abdullahla danışıqlar aparmaq üçün İordaniyaya gedib.