“Sığınacaqlarımızda 600 min məcburi köçkün var” – Filipp Lazzarini


BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sığınacaqları indiyədək Qəzza zolağından 600 000-ə yaxın məcburi köçkün yerləşdirilib ki, bu da o sığınacaqların tutumundan dörd dəfə çoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filipp Lazzarini agentliyin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatında bildirib.
“600 minə yaxın məcburi köçkün UNRWA-nın 150 sığınacağına sığınıb ki, bu da bizim imkanlarımızdan 4 dəfə çoxdur. Çoxları sıxlıq səbəbindən küçələrdə yatmağa məcburdur. Agentliyin ən azı 40 obyekti vurulub”, - UNRWA rəsmisi qeyd e​​dib.
“Qəzzada artıq təhlükəsiz yer qalmayıb”, - UNRWA-nın baş komissarı əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top