
“NATO-nun sülh və azadlığı təmin etmək üçün lazım olan silah və sursatları tez bir zamanda istehsal etmək üçün ya böyük silah ehtiyatına, ya da böyük istehsal gücünə ehtiyacı var”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda Qərb hərbi sənayesi nümayəndələrinin forumunda çıxış edərkən deyib.
“Bizim ya böyük silah ehtiyatlarına, ya da böyük istehsal imkanlarına ehtiyacımız var”, - o bildirib.
Stoltenberq, həmçinin, NATO-nun güclü hərbi sənayeyə sülh və azadlığı təmin etmək üçün ehtiyacı olduğunu bildidib.