Bir məcburi köçkün ailəsi Laçına 980 manata köçürülür – Tender


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Laçın şəhərinə 75 və Laçın rayonunun Sus kəndinə 150 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 225 köçkün ailəsinin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 220 min 500 manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Laçın rayonunun Sus kəndinə köçürülməsi xərci 980 manat təşkil edəcək. Köçürmənin bu ilin sonuna kimi həyata keçiriləcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, daha əvvəl də “Qaçqınkom”un keçirdiyi analoji tenderin qalibi “166 Global Logistics” MMC olub. Lakin, həmin tender müsabiqəsi köçürülmədən sonra həyata keçirilib.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Qaçqınkom”un müsabiqəsinin nəticəsi avqust ayının 22-də açıqlanıb. Lakin, avqust ayının 18-də, yəni müsabiqənin nəticəsi açıqlanmamışdan əvvəl bir qrup məcburi köçkün ailəsi “166 Global Logistics” MMC-nin avtomobilləri ilə Füzuli rayonuna köçürülüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top