Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı – Nota verildi


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Birinci Kanalda nümayiş olunan "Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: bəlaların xəbərçisi" verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib", - XİN-dən bildirilib.
Qeyd edək ki, veriliş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top