Son 4 ildə Azərbaycanda bank filiallarının və şöbələrinin sayı azalıb.
Yeniavaz.com xəbər verir ki, 2019-cu ilin sonunda Azərbaycanda 509 bank filialı, 133 bank şöbəsi olduğu halda, bu ilin oktyabr ayının əvvəlində bank fililallarının sayı 491-ə, bank şöbələrinin sayı isə 88-ə düşüb.
Onu da bildirək ki, bank filial və şöbələrinin sayı azalsa da, bank ATM-lərinin sayı artıb. Son 4 ildə bank ATM-lərinin sayı 2 647-dən 3 047-ə yüksəlib.
Elnur Əli