Makron Fələstinə getdi – Yenilənib


Fransa Prezidenti Emmanuel Makron Fələstinə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Prezidentinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Paylaşımda Makronun Fələstin Prezidenti Mahmud Abbasla görüşdüyü bildirilir:
“Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi. HAMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm. Bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir”.

***14:48
Fransa Prezidenti Emmanuel Makron bu gün Ramallahda fələstinli həmkarı Mahmud Abbasla görüşəcək,

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti Fələstin Muxtariyyəti liderinin ofisinə istinadla məlumat yayıb.
Qeyd edək ki Makron HƏMAS-ın 7 oktyabr hücumlarından sonra İsrailə həmrəylik səfəri edən sonuncu Qərb lideridir.

DİGƏR XƏBƏRLƏR

Top