“Qəzzada 2 mindən çox uşaq ölüb” – “Save the Children”

 
İsrailin davam edən hava hücumları nəticəsində Qəzza zolağı və İordan çayının qərb sahilində son 17 gündə 2 mindən çox uşaq ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatının saytında dərc edilmiş bəyanatda bildirilib.
“Son 17 gün ərzində Qəzza zolağında ən azı 2 min, İordan çayının qərb sahilində isə daha 27 uşaq həyatını itirib. İsrail mediasının məlumatına görə, hava hücumları nəticəsində İsraildə öldürülən uşaqların sayı 27 nəfər olub”, - deyə hesabatda qeyd edilib.
Təşkilatın Fələstindəki direktoru Ceyson Li dərhal atəşkəs elan olunmasının zəruriliyindən danışıb. “Biz bütün tərəfləri uşaqların həyatını qorumaq üçün təcili tədbirlər görməyə, beynəlxalq ictimaiyyəti isə bu səyləri dəstəkləməyə çağırırıq”, - o əlavə edib.
Qeyd edək ki, Qəzza zolağının Səhiyyə Nazirliyi bazar günü bildirib ki, İsrailin bu anklavdakı hücumları oktyabrın 7-dən bəri 1873-ü uşaq olmaqla 4651 fələstinlinin həyatına son qoyub. Daha 14,2 min qəzzalı yaralanıb.
Fələstin anklavının hakimiyyət orqanlarının son məlumatlarına görə, 1,5 milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb ki, bu da Qəzza zolağının ümumi əhalisinin təxminən 70%-ni təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top