
Fələstin mənşəli İsrailli aktrisa Maysa Abdel Hadi Fələstinin HƏMAS hərəkatını dəstəklədiyi üçün saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun “Qalei İDF” radiosu məlumat yayıb.
Məlumata görə, Nazaretdə (İsrailin şimalında) yaşayan Abdel Hadi oktyabrın 24-də səhər saatlarında “İnstaqram” səhifəsində yazıya görə saxlanılıb. Aktrisa Qəzza zolağı ilə İsrail arasında sədləri dağıdan buldozerlərin fotolarını yerləşdirib və onları “Gəlin, Berlin üslubunu izləyək” başlığı ilə paylaşıb.
Abdel Hadi terrorizmi dəstəkləməkdə və terroru təhrik etməkdə ittiham olunub. Tamaşaçılar aktrisanı əsasən “Tel-Əviv alovlar içində” (2018) serialında oynadığı Məryəm rolundan tanıya bilərlər.