Prezident Latviyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – Yenilənib + Fotolar


Prezident İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, səfir etimadnaməsini İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçılarının səfərlərinin əməkdaşlığımızın genişlənməsi işinə verdiyi töhfəni vurğulayıb.
Dövlət başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Prezident ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd edib. İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxunub, xalqlar arasında təmasların əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib.
Edqars Skuya dövlət başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.
İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Görüşdə Azərbaycanla Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olunub, Azərbaycanla NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin, Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirilib.





11:27
Prezident İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top