
“Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinə sülhün və əməkdaşlığın təşviqi üçün tarixi fürsətdir”.
Yeniavaz.com İRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə deyib.
“Biz inanırıq ki, bu gün bütün ölkələrimiz üçün tarixi fürsətdir. Cənubi Qafqazda müharibə başa çatıb və Qafqazda sülh, əməkdaşlıq və inkişafın vaxtıdır”, - deyə iranlı nazir vurğulayıb.
O bildirib ki, “3+3” formatında görüşün əsas məqsədi regiondankənar oyunçuların müdaxiləsi olmadan region ölkələrinin birbaşa iştirakı ilə mövcud problemləri həll etməkdir.