“İsrailin gecə endirdiyi zərbələrdə 110 nəfər ölüb” – Yenilənib


İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının bəzi şəhərlərinə gecə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 110-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavdakı xəstəxanaların məlumatlarına istinadən informasiya yayıb.
Bildirilib ki, İsrailin Beyt Lahiya, Nuseyrat, Rəfah və Xan Yunisə endirdiyi zərbələr bir gecədə qadın və uşaqlar da daxil olmaqla 110 nəfərin həyatına son qoyub.

***07:00
“Çərşənbə axşamı gecəsi İsrailin Qəzza zolağının yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qəzza zolağındakı xəstəxanalar İsrail hərbi hava qüvvələrinin Xan Yunis və Rəfah şəhərlərinə hücumu nəticəsində ölənlərin sayının 53-ə yüksəldiyini bildirib.
Bundan əvvəl İsrail təyyarələrinin Beyt Lahiya, Nuseyrat, Rəfah və Xan Yunisə zərbələr endirdiyi bildirilirdi. Gecə yarısından sonra ölənlərin sayı 28-ə çatıb.
“Al Mayadeen” telekanalının məlumatına görə, İsrail təyyarələri Qəzzanın Şeyx Radvan məhəlləsində xilasetmə əməliyyatları aparan yerli mülki müdafiə bölməsini atəşə tutub, hava hücumlarından sonra bir neçə bina dağılıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-də hərbi eskalasiya başlayandan bəri Qəzzada ölənlərin sayı 5112 nəfərə çatıb, 15273 nəfər yaralanıb.
Bombalama zamanı dağılmış evlərin dağıntıları altında qala bilən itkin düşənlərin sayı 1,5 min nəfərdir.
Məlumata görə, anklavda yanacaq ehtiyatlarının tükənməsi ilə əlaqədar 44 tibb müəssisəsi fəaliyyətini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top