HƏMAS daha iki girovu azad etdiyini açıqladı


Fələstinin radikal HƏMAS hərəkatının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Misir və Qətərin vasitəçiliyi ilə İsrailə hücum zamanı girov götürülən daha iki nəfərin azad edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında paylaşılan bəyanatda deyilir.
"Biz, İzzəddin əl-Qəssam Briqadaları, Misir və Qətərin vasitəçiliyi ilə iki məhbusu - Nurit İtzhak və Yoxved Lifşitzi azad etdik. Bilirik ki, cümə günündən düşmən onları qəbul etməkdən imtina edib, lakin biz məcburi humanitar səbəblərə görə girovları azad etmək qərarına gəldik”, - məlumatda bildirilir.
Qeyd edək ki, daha öncə HƏMAS Qətərin vasitəçiliyi ilə iki ABŞ vətəndaşının azad edildiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top