Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***22:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.