“Xəstəxanaya HƏMAS-ın raketi düşüb”


“Böyük Britaniya hökuməti Qəzza zolağında Əl-Əhli xəstəxanasındakı partlayışın İDF-nin hava hücumu deyil, fələstinli yaraqlıların İsrailə atdığı raketlə törədildiyini düşünür”.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak parlamentinin üzvlərinə deyib.
Onun sözlərinə görə, Britaniya xüsusi xidmət orqanları kəşfiyyat məlumatlarına və partlayışın nəticələrinin təhlilinə əsaslanaraq bu qənaətə gəliblər.
Xatırladaq ki, oktyabrın 17-də Qəzzada Əl-Əhli xəstəxanasının həyətində partlayış baş verib. Qəzza zolağına nəzarət edən HƏMAS terror hərəkatı hücumda İsrail ordusunu günahlandırıb. İsrail ordusu isə “İslami Cihad” qruplaşmasının yaraqlıları tərəfindən İsrailə səhv atılan raketin xəstəxanada partlamasını iddia edir.
Qəzza zolağının səhiyyə nazirliyi partlayış nəticəsində 471 nəfərin öldüyünü bildirib. Amerika və İsrail kəşfiyyatı hesab edir ki, Əl-Əhli xəstəxanasındakı partlayış ən çox halda onlarla insanın ölümünə səbəb ola bilərdi. ABŞ səlahiyyətliləri də Qəzzadakı xəstəxanada baş verən partlayışda İsrailin əli olmadığına inanmağa meyllidirlər.

DİGƏR XƏBƏRLƏR

Top