
Ermənistan və Fransanın müdafiə nazirləri - Suren Papikyan və Sebastyan Lekornu Parisdə görüş keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığın geniş spektrini, o cümlədən silahların alınması, hərbi təhsil proqramları və təcrübə mübadiləsi müzakirə olunub.
Danışıqlardan sonra ikitərəfli əməkdaşlığa dair sənədlərin imzalanması mərasimi olub.
Xatırladaq ki, Lekornu bir müddət əvvəl müsahibəsində bildirmişdi ki, Fransa Ermənistana silah tədarük etmək niyyətindədir ki, bu da ona öz mülki əhalisini və sərhədlərinin toxunulmazlığını qorumaq imkanı verəcək. Onun sözlərinə görə, söhbət hava hücumundan müdafiə sistemlərindən gedir.