Tehrandakı görüşünün nəticələrinə dair bəyanat qəbul olundu – Yenilənib


Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda deyilir.
Bununla yanaşı, birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar. Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.
Ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti vurğulanıb.
Qəzzadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Günahsız mülki şəxslərin hədəfə alınmasının dərhal dayandırılmasının vacibliyi vurğulanıb.

***17:44
İranın paytaxtı Tehranda keçirilən “3+3” formatında görüş başlayıb.
Yeniavaz.com
xəbər verir ki, görüşdə Azərbaycan, İran, Türkiyə, Rusiya və Ermənistan XİN rəhbərləri iştirak edir.
Qeyd edək ki, Gürcüstan görüşdə iştirak etməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top