"HƏMAS İsrailin Qəzzada quru əməliyyatına hazırdır" – Abdel Lətif əl-Kanu


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında quru əməliyyatı keçirəcəyi təqdirdə İsrail silahlı qüvvələrinə qarşı durmağa hazırdır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanu bildirib.
“Fələstinin müqaviməti birliyi və gücü, döyüş əməliyyatlarını idarə etmək bacarığı və Qəzzada istənilən quru təcavüzünə müqavimət göstərmək hazırlığı ilə fərqlənir”, - deyə Əl-Qanu HƏMAS-ın “Teleqram” kanalında yayımlanan bəyanatında bildirib.
Qeyd edək ki, CNN bundan əvvəl ABŞ-ın Qəzza zolağında quru əməliyyatını təxirə salmaq və girovların azad edilməsini təmin etmək üçün İsrailə çağırış etdiyini bildirmişdi. İsrail Müdafiə Qüvvələri isə (İDF) onlarda HƏMAS-ın 222 nəfərə yaxın adamı girov saxlaması barədə məlumat olduğunu bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top