İsrailin şimalında 4 min bomba sığınacağı bərpa olunur


İsrailin şimalında 4 minə yaxın bomba sığınacağında təcili təmir və bərpa işlərinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Böyük Britaniyanın JNF UK xeyriyyə təşkilatı və “Ossim Shechuna” qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən layihə Livanın “Hizbullah” qruplaşmasının Fələstin gərginliyinin artması fonunda İsraillə müharibəyə girəcəyi təqdirdə şimal cəbhəsinin mümkün açılmasına hazırlığı təmin etmək məqsədi daşıyır.
“Mülki şəxslər üçün sığınacaqların hazırlanması məsələsi aktualdır, çünki “Hizbullah”la hər hansı bir müharibə İsrailin yaşayış məntəqələrini hədəf alan irimiqyaslı raket hücumlarını ehtiva edəcək”, - JNF UK xeyriyyə təşkilatınən İsrail üzrə icraçı direktoru Yonatan Qalon deyib.
“Biz İsrailin cənubunda baş verən hadisələrdən, həmçinin, bir çox sığınacaqların yararsız hala düşdüyü İkinci Livan Müharibəsindən dərs almalıyıq”, - Qalon deyib.

DİGƏR XƏBƏRLƏR

Top