HƏMAS ikili vətəndaşlığı olan 50 girovu azad edə bilər – NYT


HƏMAS Qəzza zolağında saxlanılan 50-yə yaxın ikili vətəndaşlığı olan girovu azad edə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmisinə istinadən “The New York Times” (NYT) yazıb.
Yüksək rütbəli ordu rəsmisi qeyd edib ki, ABŞ və Qətər nümayəndələri arasında aparılan danışıqlar nəticəsində bununla bağlı müvafiq razılaşmalar əldə oluna bilər.
Həmçinin, o qeyd edib ki, ikili vətəndaşlığı olan girovların azad edilməsi heç bir irimiqyaslı sövdələşmənin tərkib hissəsi olmayacaq.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri daha əvvəl bildirmişdi ki, orduda HƏMAS-ın 222 nəfərə yaxın adamı girov saxlaması barədə məlumat var.
Digər tərəfdən, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 21-də hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsini telefonla müzakirə etmiş, telefon danışığında Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qətərin girovları azad etmək və Qəzza zolağında gərginliyi azaltmaq üçün ABŞ və digər beynəlxalq tərəfdaşlarla koordinasiyanı davam etdirmək niyyətini bir daha təsdiqləmiıdi.

DİGƏR XƏBƏRLƏR

Top