
Ermənistan Fransa ilə müdafiə silahları əldə etmək imkanını müzakirə edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri Andranik Köçəryan brifinqdə bildirib.
“Bəli, onlar (silahlar nəzərdə tutulur) müdafiə xarakteri daşıyır, çünki heç kim heç kimə hücum silahı verməz, bu başqa hərbi konsepsiyadır. Bizim hərbi konsepsiyamız, ilk növbədə, müdafiəni gücləndirməyi nəzərdə tutur", - o, Ermənistan və Fransa arasında silahla bağlı danışıqlar haqqında jurnalistin sualını cavablandırarkən deyib.