
Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Qafqaz Müsəlmanları İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinə qarşı qaldırılan məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Aqrar Kredit və İnkişaf Agentliyinin qaldırdığı iddia lizinq müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Murad Məmmədov