İsraildə 50-yə yaxın özünümüdafiə bölməsi yaradıldı


Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, həmçinin, Livan-İsrail sərhədində gərginliyin artması ilə əlaqədar İsraildə 50-yə yaxın özünümüdafiə dəstəsi təşkil edilib.
Yeniavaz.com “Ynet” portalına istinadla xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə, dəstələr xüsusilə Kiryat Motzkin, Nahariya, Roş Pina və Arad şəhərlərində yaradılıb.
Nazirlikdən bildirilib ki, bu bölmələrin yaradılması və təlimi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir, işlər İsrail polisinin nəzarəti altında aparılır.

DİGƏR XƏBƏRLƏR

Top