
Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) 31-ci Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası sosial şəbəkə hesabında məlumat yayıb.
Bolqarıstanın Varna şəhərində keçirilən çempionatda idmançılarımız balans hərəkətlərində qalib gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz