ABŞ-da Müsəlman-Yəhudi Forumunun yaradıcısı öldürüldü


ABŞ-ın Detroyt şəhərində İsaak Aqri sinaqoqunun qəyyumlar şurasının rəhbəri Samanta Uoll öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, oktyabrın 21-də səhər saatlarında 40 yaşlı Uoll çoxsaylı bıçaq xəsarətləri ilə evinin yaxınlığında tapılıb. Polis bildirib ki, Uolla evində hücum edilib, bundan sonra o, çölə çıxa bilib.
Hüquq-mühafizə orqanları şübhəli bilinənlərin adını açıqlamayıb.
Bildirilir ki, ştat polisi və FTB istintaqa cəlb olunub.
Qeyd olunur ki, Uoll əvvəllər baş prokuror Dana Nessel və nümayəndə Elissa Slotkin də daxil olmaqla bir sıra ABŞ rəsmiləri və siyasətçiləri ilə işləyib. Eyni zamanda o, Detroyt Müsəlman-Yəhudi Forumunun yaradıcısı olub.

DİGƏR XƏBƏRLƏR

Top