Fransa silahlarının Ermənistana verilməsinə dair saziş bu gün rəsmiləşir


Paris və İrəvan bu gün Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
“Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik, xüsusən də ölkənin səmasını qorumağa imkan verəcək silahlar”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top